“Böyük Dəbilqə”nin 6 qat çempionu və dünya tennisinin üçüncüsü İqa Sventek maraqlı hədiyyə alıb.
Publika.az xəbər verir ki, tennisçi LEGO tərəfindən ona hədiyyə edilən böyük çiyələk heykəlciyi ilə fotosunu yayımlayıb.
“Evə gələndə LEGO məni təəccübləndirdi. Bu, mənə həyatda kiçik sevinclərin və həzzlərin nə qədər vacib olduğunu xatırladacaq kubiklərdən hazırlanmış möhtəşəm çiyələkdir. Bu xüsusi hədiyyə üçün təşəkkür edirəm!” – tennisçi sosial şəbəkədə yazıb.
24 yaşlı İqa Sventek 2025-ci ilin “Uimbldon” çempionudur.