AZ

Qahirədə yaşayış binası uçdu: ölənlər və yaralananlar var

Misirin paytaxtı Qahirənin qədim məhəllələrinin birində və Şubra rayonunda iki yaşayış binası uçub.

Publika.az xəbər verir ki, nəticədə bir neçə nəfər həlak olub. Həmçinin yaralılar var.

Dağıntılar altında qalanların axtarışı davam etdirilir.

Binalardan birinin söküntüsünün planlaşdırıldığı və sakinlərin bir müddət əvvəl təxliyə edildiyi açıqlanıb.

Seçilən
33
publika.az

1Mənbələr