BAKI, 19 iyul. TELEQRAF
İsrailin Baş naziri Binyamin Netanyahu və Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şara Vaşinqtonun dəstəyi ilə atəşkəsin tətbiqi barədə razılığa gəliblər.
Bu barədə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bildirib.
T.Barak özünün X hesabında yazıb: “İsrailin Baş naziri Benyamin Netanyahu və Suriya Prezidenti Əhməd əl-Şara, ABŞ dövlət katibi Marko Rubionun dəstəyi ilə Türkiyə, İordaniya və qonşularının dəstəklədiyi atəşkəs haqqında razılığa gəliblər.