AZ

Mən eşitdim ki, növbə ondadır... - Tramp məşhur aparıcını hədələdi

ABŞ prezidenti Donald Tramp 30 il efirdə olan “The Late Show”un yayımının dayandırılmasına münasibət bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə özünün "Truth" sosial platformasında bildirib.

Tramp öz paylaşımında verilişin bağlanmasını aparıcı Stiven Kolbertin performansı ilə əlaqələndirib.

O, həmçinin qeyd edib ki, məşhur aparıcı Cimmi Kimmelin şousu yayımı dayandırılacaq növbəti veriliş ola bilər.

"Mən eşitdim ki, növbədə Cimmi Kimmel var", - Tramp vurğulayıb.

Seçilən
19
publika.az

1Mənbələr