AZ

Ağdamdakı Qiyaslı məscidindən görüntülər - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidlə bağlı instaqram sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edib.

 

Sfera.az xəbər verir ki, paylaşımda "Ağdam, Qiyaslı məscidi - 18.07.2025" sözləri yer alıb.

 

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib. Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.

Seçilən
22
10
sfera.az

10Mənbələr