Saatlı rayonu ərazisində Araz çayında çimərkən boğulan yeniyetmənin cəsədi tapılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, günorta saatlarında qeydə alınan hadisə zamanı Saatlı rayon sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu Araz çayında çimərkən suda boğulub.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Aparılan axtarışlar zamanı onun meyiti batdığı yerin yaxınlığında tapılıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon Şöbəsi üzrə təhvil verilib.