İtaliya və Türkiyənin birgə ev sahibliyi edəcəyi 2032-ci ildə keçiriləcək Avropa çempionatı Milan şəhərində baş tutmaya bilər.

Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, "San Siro" stadionun 2027-ci ildə Çempionlar Liqası finalının keçirilməsi üçün tələblərə cavab verə bilməyib. Bu səbəbdən UEFA bu şəhəri ikinci dəfə geri çevirib. Yeganə çıxış yolu AÇ-2032 üçün Milanda yeni stadionun tikilməsidir. 

İtaliya Futbol Federasiyası oktyabra qədər UEFA-ya yekun qərarını bildirməlidir ki, təmir-yenidənqurma işləri 2027-ci ilin martından gec olmayaraq başlasın.