AZ

“Qarabağ” “Şelburn”la matç üçün hazırlığa başladı

Avtriya toplanışını başa vuraraq Azərbaycana qayıtmış ölkə çempionu “Qarabağ” bu gündən etibarən Bakıda məşqlərini bərpa edib.

Arena.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı “Şelburn”la (İrlandiya) matçın hazırlığına bu gün “Azərsun Arena”da start verib.

Xatırladaq ki, Azərbaycan və İrlandiya klubları arasındakı ilk matç iyulun 23-də Dublindəki “Tolka Park” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Tərəflər arasında cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu görüşə də saat 20:00-da start veriləcək.

Seçilən
55
50
arena.az

10Mənbələr