"Çelsi" klubunda ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, Noni Madueke "zadəganlar"la vidalaşıb. 23 yaşlı vinger bu barədə sosial şəbəkə hesabında paylaşım edərək, azarkeşlərlə vidalaşıb.
"Əziz Çelsi" klubu, bu 3 ildən artıq müddət üçün sizə təşəkkür etmək istəyirəm. Bu macərada yanımda olan klub üzvlərinə, komanda yolaşlarıma hər şey üçün minnətdaram. Sizi böyük sevgi ilə tərk edirəm", deyə o, qeyd edib.
Madueke karyerasını "Arsenal"da davam etdirəcək. "Topçular" ingiltərəli futbolçunun transferini rəsmən açıqlayıb.