Bakı. Trend:
İyulun 18-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF)ofisində yerli QHT-lərin BMT-nin İqtisadi və Sosial şurasında(ECOSOC) təmsil olunmaları ilə bağlı ilk təlim keçirilib.
Trend xəbərverir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Agentliyinin dəstəyi ilə BAMF tərəfindən icra olunan“Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarınınartırılmasına dəstək” layihəsi çərçivəsində keçirilən təlimdə 21QHT nümayəndəsi iştirak edib.
BMT və onun qurumları ilə çoxillik əməkdaşlıq təcrübəsinə sahibolan, sahə üzrə beynəlxalq ekspert, təlimçi Nik Nvolisa ilk təlimdə“ECOSOC və onun iş prinsipləri” mövzusunda çıxış edib. O,ECOSOC-dakı təmsilçilik şanslarından, QHT-lərin fəaliyyətimkanlarından və məşvərətçi statusun növlərindən danışıb.
Ardınca təlim sual-cavab sessiyası ilə davam edib. Təlimləryekunlaşdıqdan sonra fərqlənən iştirakçılara sertifikatlar təqdimolunacaq və aktivliyi ilə seçilən təşkilatların ECOSOC-da üzvlükqazanmalarına dəstək göstəriləcək.
Xatırladaq ki, sözügedən layihə çərçivəsində BMT-nin müqavilə vənizamnamə mexanizmlərinin öyrənilməsinə həsr olunan 6 dərslik ilktəlim proqramı insan hüquqları üzrə təlimçi-ekspert Sahib Məmmədovtərəfindən keçirilib.