AZ

İranda Azərbaycan xofu

Son bir ay ərzində İranda Azərbaycan Respublikası əleyhinə təbliğat və İran ictimaiyyətində Azərbaycanın nəinki qeyri-dost ölkə, hətta düşmən obrazının yaradılması cəhdləri total xarakter alıb.

Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan növbəti videosüjetdə qeyd olunur.

Müəllif qeyd edir ki, 12 günlük müharibə zamanı İsrailin İrana qarşı hərbi əməliyyatlarda guya Azərbaycan ərazisindən istifadə etdiyi barədə əsassız iddialar zəminində başlanan bu çirkin təbliğat sonrakı dövrdə bir neçə mühüm siyasi hadisədən sui-istifadə yolu ilə mövzu dairəsini daha da genişləndirib.

“Həmin hadisələr sırasında İran Prezidenti Məsud Pezeşkianın İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Xankəndiyə səfəri, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Əbu-Dabidə keçirilən görüşü, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraanın Azərbaycana işgüzar səfəri və nəhayət, ABŞ-nin Zəngəzur dəhlizində təhlükəsizliyin ABŞ şirkəti tərəfindən təmin edilməsi təklifi qeyd olunmalıdır. Bütün bu olaylar İranda anti-Azərbaycan əhvali-ruhiyyənin qızışdırılması və İrana qarşı “Azərbaycan təhlükəsinin” vurğulanması kontekstində şərh və təhlil edilir”, – deyə videosüjetdə qeyd olunur.

Müəllif qeyd edir ki, İranda Azərbaycana qarşı böhtan kampaniyası Azərbaycan mediası və ekspert camiəsində geniş yayılmış təsəvvürə rəğmən, təkcə SEPAH və ona bağlı media tərəfindən aparılmır:

“Bu kampaniyanın həyata keçirilməsində birbaşa İran ali rəhbərinin “beyt-e rəhbəri” adlanan ofisi, ölkənin Təhlükəsizlik Nazirliyi – ETTALAAT, Dövlət Teleradio Təşkilatı , ideoloji işlə məşğul olan “Ziya əs-Salehin” , “Məsaf – Nəcva” kimi qeyri-hökumət təşkilatları, müxtəlif araşdırma mərkəzləri , İran parlamentində və dövlət strukturlarında önəmli mövqelərə malik ultramühafizəkar “Paydari” Partiyası (Sabitlik Cəbhəsi) yaxından iştirak edir. Məsələn, srağagün İran Məclisində Sabitlik Cəbhəsini təmsil edən deputat Kamran Qəzənfəri parlamentin tribunasından Azərbaycan əleyhinə təqribən 8 dəqiqəlik çıxış edib, üstəlik, həmin iftira dolu çıxışın mətni İran parlamentinin rəsmi saytında dərc olunub”.

Seçilən
32
1
editor.az

2Mənbələr