AZ

Aİ və NATO: Hibrid əməliyyatlara qarşı tədbirlər gücləndiriləcək

Avropa İttifaqı (Aİ) və NATO, Rusiyanın Aİ ölkələrinə qarşı “hibrid əməliyyatlar” keçirmək cəhdlərinə cavab verəcəklərini bildiriblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Aİ Şurası və Şimali Atlantika Şurasının birgə bəyanatında qeyd olunub.

Bəyanatda vurğulanır ki, Aİ tərəfindən qəbul olunan tədbirlər önləyici, ardıcıl və davamlı cavabın təmin olunmasına yönəlib. Həmin tədbirlər beynəlxalq hüquqa uyğun şəkildə asimmetrik addımlar da daxil olmaqla həyata keçirilə bilər.

Aİ Şurası Rusiyanın bəzi Aİ ölkələrində kiberhücumlar və seçki proseslərinə müdaxilələrdə əli olduğunu iddia edir. Konkret olaraq, Çexiya, Fransa, Almaniya, Rumıniya, həmçinin Moldova və Ukrayna kimi ölkələrin adı çəkilir.

Seçilən
34
nocomment.az

1Mənbələr