Azərbaycan yığmasının üzvü Mert Çelikin yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı müdafiəçi "Sivasspor"a keçib. Müqavilənin müddəti açıqlanmayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
M. Çelik ötən mövsümü "Səbail"də keçirmişdi. O, bu ilin martında Azərbaycan yığmasında debüt edib.
Qeyd edək ki, "Sivasspor" bu mövsümdən etibarən Türkiyənin I Liqasında mübarizə aparacaq.