"Roma" heyətini yeni futbolçu ilə gücləndirir.

Offsideplus.az xəbər verir ki, "canavarlar" Nel El-Enaui ilə razılığa gəlib. 24 yaşlı futbolçunun klubu "Lans"a bonuslarla birlikdə 25 milyon avro ödənəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

El-Enaui sabah Romada olacaq. O, tibbi baxışdan keçdikdən sonra 5 illik rəsmi müqaviləyə imza atacaq.