AZ

Bu startap 1,8 milyard dollar dəyərləndirildi, 200 milyon dollar investisiya aldı

İsveçin süni intellekt sahəsində fəaliyyət göstərən “Lovable” adlı startap A seriyalı investisiya raundunda 1,8 milyard dollar dəyərində qiymətləndirmə əsasında 200 milyon dollar sərmayə cəlb edib.

Valyuta.az xəbər verir ki, investisiya turuna “Accel” rəhbərlik edib, “20VC”, “byFounders”, “Creandum”, “Hummingbird”, “Visionaries Club” və bir sıra tanınmış mələk investorlar da iştirak ediblər.

Cəmi 8 ay əvvəl istifadəyə verilmiş “Lovable”, proqramçılar və texniki biliyə malik olmayan istifadəçilər üçün kodlaşdırma və prototipləşdirmə imkanları təqdim edir. Şirkət bu günə qədər 10 milyon layihəyə ev sahibliyi edib və hazırda 2,3 milyon aktiv, 180 mindən çox ödənişli istifadəçiyə malikdir.

Şirkət 7 ay ərzində 75 milyon dollar illik təkrarlanan gəlir əldə etdiyini açıqlayıb. Bu göstəricilər “Lovable”ı hazırda süni intellekt sahəsində ən sürətlə böyüyən startaplardan birinə çevirib. 

Mayya Hüseynova 

Seçilən
52
valyuta.az

1Mənbələr