19 iyul saat 08:00-dan 20 iyul saat 22:00-dək Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində (Qara Qarayev prospekti ilə kəsişməsindən Mehdi Abbasov küçəsinin kəsişməsinə qədər olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə KONKRET.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda qeyd olunur.