ABŞ Prezidenti Donald Trampın son günlər sosial şəbəkələrdə yayılan görüntülərində ayaq biləyindəki şişkinlik və sağ əlindəki göyərmələr ölkə gündəmini zəbt edib.
Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı Ağ Ev rəsmi açıqlama verib.
Ağ Evin sözçüsü Karolina Leavitt bildirib ki, Prezident Trampa “xroniki venoz çatışmazlıq” diaqnozu qoyulub. Bu, 70 yaşdan yuxarı şəxslərdə geniş yayılmış, ayaqlarda qan dövranının zəifləməsi ilə əlaqəli olan bir damar problemidir. Onun sözlərinə görə, vəziyyət ciddi deyil və prezidentin fəaliyyətinə təsir göstərmir. pizza hut
Prezidentin həkimi Sean Barbabella tərəfindən aparılan doppler müayinəsi zamanı ayaqdakı şişkinliyin səbəbi kimi toplardamar sistemindəki zəiflik göstərilib. Bununla yanaşı, ürək və böyrək funksiyalarında hər hansı problem aşkarlanmayıb, həmçinin dərin damar trombozu və ya digər təhlükəli pozuntular qeydə alınmayıb.
Trampın sağ əlindəki göyərmələrin səbəbi isə tez-tez əl sıxma və aspirin istifadəsi nəticəsində yaranan toxuma zədəsi kimi qiymətləndirilib.
Qeyd edək ki, apreldə keçirilən ümumi tibbi müayinədə prezidentin sağlamlıq durumu “normal” hesab olunmuşdu. Bu gün yayılan diaqnoz isə onun səhhətinə dair yeni suallar yaradıb.
Hazırda Tramp prezidentlik vəzifəsini icra etməyə davam edir və gündəlik fəaliyyətində heç bir məhdudiyyət yoxdur. Ağ Ev onun ümumi vəziyyətini “yaxşı və sabit” kimi qiymətləndirir.
Aytac Əliyeva
Telegram kanalımız