AZ

Dəniz suyunu udmaq olar?




Dənizdə üzərkən istər-istəməz su ağız buruna keçir. Uşaqlıqdan bizi bu sual maraqlandırıb: insan niyə şirin su içir, duzlu su içə bilmərik?


“Medicina” xəbər verir ki, qastroenteroloq Alena Trapeznikovadəniz suyunun içilib-içilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Dəniz suyu çimərlikdə üzmək və dincəlmək üçün əladır, lakin onu içmək sağlamlığınıza zərər verə bilər.

“Dəniz suyu minerallarla zəngindir, lakin onun duzluluğu şirin su çayları və göllərinkindən xeyli yüksəkdir. Bu, bədənin susuzlaşmasına, böyrək və ürək-damar problemlərinə səbəb ola bilər.

Dəniz suyu içsək, sidik sistemində sidik yaratmaq üçün kifayət qədər nəm olmayacaq və hüceyrələrarası boşluqdan suyu "çəkməyə" başlayır.

Dəniz suyu yüksək duzluluü səbəbindən bağırsaqlarda təzyiqin artmasına səbəb ola bilər. Bu, ishal, qarın ağrısı və digər həzm problemlərinə səbəb ola bilər.

Dəniz suyundakı yüksək maqnezium isə bağırsaqları qıcıqlandırır və işlətmə təsirinə malikdir.

Dəniz suyunda çoxlu virus və bakteriya yaşayır. Ən çox yayılmış virus infeksiyaları enterovirus, rotavirus və hepatit Adır.

Onların hamısı orqanizmə qida yolu ilə, yəni qida ilə birlikdə ağız yolu ilə daxil olur. Zəifləmiş orqanizmi, xüsusən də uşaqları və ya yaşlıları yoluxdurmaq üçün hətta bir qurtum kifayətdir.

Ümumiyyətlə, dəniz suyu içmək arzuolunmaz olmaqla yanaşı, sağlamlığınız üçün də təhlükəlidir. Minerallarla zəngin və istehlak üçün təhlükəsiz olan təzə içməli suya üstünlük vermək daha yaxşıdır”.


Aygün Musayeva


Seçilən
45
medicina.az

1Mənbələr