AZ

İlk altı ayda 42 milyon dollarlıq çay satın almışıq

Bu ilin ilk altı ayında  Azərbaycana 7 min 051.37 ton dəyərində çay idxal olunub. 

Valyuta.az xəbər verir ki, idxal prosesi 42 milyon 850.95 min ABŞ dolları hesabına başa gəlib. Ümumilikdə isə idxal etdiyimiz mallar arasında çay ümumi idxalın 0.37%-ni tutub. 

Ötən ilin eyni dövründə isə çay idxalı 6 min 576.54 ton təşkil edib. Bu idxal üçün 33 milyon 500,64 min ABŞ dolları ödənilib. 

İllik müqayisə üçün bildirək ki, çay idxalında 474,83 ton artım müşahidə olunub, bu da idxalda 7,22% artım deməkdir.

Çay idxalında statistik dəyər üzrə göstəricidədə artım olub. Belə ki, 27,92% və ya 9 milyon 350,31 min ABŞ dollar dəyərində artım olub.

Qeyd edək ki, 2024-cü ilin ilk 6 ayında çay idxalı ümumi idxalın 0,38%-ni təşkil edib. Beləliklə, bu məhsul üzrə ümumi idxalda da 0,01% azalma qeydə alınıb.

Mayya Hüseynova 

Seçilən
50
23
valyuta.az

10Mənbələr