AZ

“Azeri Light” nefti bahalaşdı

Finss.az - İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti artaraq bir barel üçün 72,67 ABŞ dollarına çatıb.

Bu göstərici əvvəlki qiymətlə müqayisədə 0,31 dollar və ya 0,43% çoxdur.

Bu barədə neft bazarındakı mənbələr məlumat veriblər.

Bununla yanaşı, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin qiymətində də artım qeydə alınıb. Belə ki, bir barelin qiyməti 0,25 dollar və ya 0,35% yüksələrək 71,36 dollar təşkil edib.

Digər neft markalarına gəldikdə isə, Rusiyanın URALS markalı xam neftinin qiyməti 0,94 dollar və ya 1,64% artaraq 58,11 dollar/barel olub. Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir bareli isə 0,95 dollar və ya 1,36% bahalaşaraq 70,96 dollar səviyyəsinə yüksəlib.

Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları nəzərdə tutulub. Hazırkı göstəricilər büdcə proqnozlarının üzərində formalaşır.

Seçilən
3
26
fins.az

10Mənbələr