AZ

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

 İyulun 17-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Operativ Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat verub.

 Axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.    
 
Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Seçilən
0
49
operativmedia.az

10Mənbələr