BAKI, 18 iyul. TELEQRAF
Rusiyanın Xantı-Mansi Muxtar Dairəsini özbəklərin “tarixi vətəni” adlandıran deputat Xalid Tağızadə vaxtından əvvəl istefa verib.
Teleqraf xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb .
Tağızadə əvvəllər partiyadan xaric olunsa da, Kommunist Partiyasının parlamentdəki fraksiya üzvü kimi fəaliyyətini davam etdirirdi.
Məlumata görə, o, iyulun 7-də istefa ərizəsi yazıb. Sənədə əsasən, deputat iyulun 21-dən mandatdan azad edilməsini xahiş edib. Ayın əvvəlində isə o, sosial inkişaf komitəsinin sədr müavini vəzifəsindən məhrum edilib.
Deputat Mixail Serdyuk qəzetə bildirib ki, qiyabi səsvermədə Tağızadənin bəyanatı yekdilliklə dəstəklənib.
"O, arzuolunmaz oldu. Düşünürəm ki, o, siyasi karyerasının olmadığını anlayıb və mandatından imtina edib", - Serdyuk əlavə edib.
Mayın 30-da Xalid Tağızadə bildirib ki, Xanti-Mansinin Yuqra və Tümen vilayətlərinin bir hissəsi vaxtilə Sibir xanlığının olub. Ərazinin sonuncu hökmdarı Buxara xanlığından çıxan hakim özbək sülaləsi Şibanilər sülaləsinin üzvü Xan Kuçum olub. Tağızadə təklif edib ki, miqrantlar Xantı-Mansi Muxtar Dairəsinə sanki tarixi vətənlərinə gedirmiş kimi getsinlər. Bir neçə gün sonra o, ifadələrinə görə üzr istəyib .