AZ

“Sabah”ın UEFA Konfrans Liqasındakı rəqibi müəyyənləşib

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sele”yə (Sloveniya) iki oyunun nəticəsinə əsasən məğlub (2:3, 3:3) olan “Sabah” mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək.

Bakues.az-ın məlumatına görə, paytaxt klubunun turnirin II təsnifat mərhələsindəki rəqibi də müəyyənləşib.

Belə ki, “Sabah” Moldova təmsilçisi “Petrokub”la münasibətləri aydınlaşdıracaq. Bu komanda UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Maltanın “Birkirkara” klubunu iki oyunun nəticəsinə görə (0:1, 3:0) mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, “Sabah” ilk oyununu səfərdə keçirəcək. UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin matçları iyulun 24-ü və 31-də oynanılacaq.

Seçilən
62
50
icma.az

10Mənbələr