UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Çelye"yə uduzan (2:3, 3:3) "Sabah"ın Konfrans Liqasındakı rəqibi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən davam edəcək Masazır təmsilçisi "Birkirkara"nı (Malta) məğlub edən (3:0, 1:0) "Petrokub" (Moldova) ilə üz-üzə gələcək. 

Bu mərhələnin ilk oyunu 24 iyulda baş tutacaq. Cavab oyunu isə bir həftə sonra - 31 iyulda keçiriləcək.