ABŞ-da keçirilən “Coldplay” rok qrupunun konsertində maraqlı anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, konsertə sevgilisi ilə gedən məşhur iş adamının xəyanəti ifşa edilib.
Belə ki, konsert zamanı kameranın obyektivi təsadüfən IT şirkəti olan “Astronomer”in CEO-su Endi Bayronun xəyanətini nəhəng ekrana çıxarıb.
Kadrlarda iş adamı öz şirkətinin HR direktoru olan Kristin Kabotla səmimi görüntüləri əks olunub. Sevgilisini qucaqlayan Bayron iri ekranda özünü görən kimi üzünü gizlətməyə çalışsa da, artıq gec olub.
Video sürətlə “TikTok” platformasında yayılıb və 9 saat ərzində 12 milyondan çox baxış toplayıb.
Qeyd edək ki, Endi Bayron evlidir və övladları var.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta