ABŞ-ın İrana qarşı hava hücumları zamanı hədəf aldığı üç nüvə obyektindən yalnız biri ciddi şəkildə zərər görüb.
Bizim.Media xəbər verir ki, bu barədə “NBC News” telekanlı yazıb.
Telekanalın hazırkı və keçmiş ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, digər iki obyekt qismən zərər görüb və Tehran yaxın aylarda bu obyektlərdə nüvə zənginləşdirmə fəaliyyətini bərpa edə bilər.
Məlumata görə, bu qiymətləndirmə ABŞ-ın “Gecəyarısı Çəkici” (Midnight Hammer) adlandırılan əməliyyatından sonra Tehranın nüvə potensialına dair davam edən araşdırmaların nəticəsidir.
Qeyd olunub ki, bəzi ABŞ və İsrail rəsmiləri Tehranın danışıqlara qayıtmaqdan imtina etməsi və ya nüvə obyektlərini yenidən bərpa etməsi halında yeni hərbi zərbələr ehtimalını nəzərdən keçirirlər. (Iran International)
Bizim.Media
phrase_var_article.topics