Madrid “Real”ının 19 yaşlı mərakeşli sol cinah müdafiəçisi Yussef Enrikes bundan sonra “Alaves”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Alaves”in mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid “Alaves”ə 3 milyon avro məbləğ müqabilində başa gəlib.
Yussef Enrikes “Real”ın məzunudur.
Gənc müdafiəçi “qaymaqlılar”ın əsas komandasında çıxış etməsə də, ehtiyat komandada – “Real Madrid Kastilya”da ümumilikdə 35 oyun keçirib, 1 qol və 4 məhuslar ötürmə ilə fərqlənib.
Yussef Enrikes İspaniyanın U-15, U-16, U-17, U-18 yığmalarına cəld edilib, sonra isə Mərakeşin U-20 yığmasında çıxış edərək, əsas yığmaya çağırış alsa da, hələ vətəninin milli komandası üçün debüt etməyib.
Enrikes “Real”la 2024-cü il FIFA Qitələrarası Kubokun qalibi olub.
“Transfermarkt” internet-portalı 19 yaşlı mərakeşli sol cinah müdafiəçisinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.