AZ

Qurban Qurbanov “Şelburn”un oyununu stadiondan izlədi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Linfild” və “Şelburn” arasında cavab oyununu izləyib.

Msport.az xəbər verir ki, Belfastda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. İlk matçda “Şelburn” minimal hesabla qalib gəldiyindən (1:0) növbəti mərhələyə yüksəlib.

Ağdam klubu Avstriyadakı toplanışdan Bakəya qayıtsa da, Qurbanov oradan birbaşa Şimali İrlandiyaya yollanaraq, rəqibin oyununu izləyib.

Qeyd edək ki, “Şelburn”la “Qarabağ” arasında ilk oyun iyulun 23-də saat 22:45-də “Tolka Park”da keçiriləcək. Cavab oyunu isə iyulun 30-da Bakıda olacaq.

Seçilən
56
msport.az

1Mənbələr