Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“Hyundai” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza nəticəsində 4 nəfərin öldüyü bildirilir.
***
“Qafqazinfo”nun xəbərinə görə, Abşeron rayon sakini 1992-ci il təvəllüdlü Ayşən Fərrux qızının idarə etdiyi “Hyundai” markalı avtomobil Goranboy rayonu ərazisində idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücünün anası və qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Sürücü və digər iki övladı - 2016-cı il təvəllüdlü Məmmədli Əsmər Samir qızı və 2021-ci il təvəllüdlü Məmmədli Əlixan Samir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralı şəxslər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
