AZ

Rusiya 1000 ukraynalı əsgərin cəsədini Ukraynaya qaytardı

Moskva İstanbul razılaşmalarını davam etdirərək, Ukrayna Silahlı Qüvvələrinin daha 1000 əsgərinin cəsədini Kiyevə təhvil verib, əvəzində 19 rus əsgərinin cəsədini alıb.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski özünün Telegram-kanalında məlumat verib .

Medinski yazıb: "İstanbul müqavilələrinin davamı olaraq, Ukrayna Silahlı Qüvvələrinin daha 1000 əsgərinin cəsədi bu gün Ukraynaya təhvil verilib. Şəhid olan əsgərlərimizin 19 cəsədini qəbul etdik. Onlar öz doğma torpaqlarında rəhmət eləsinlər".

İyunun 2-də İstanbulda Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların ikinci raundu keçirilib. Görüş bir saatdan bir qədər çox davam edib, nümayəndə heyətləri rus dilində ünsiyyət qurublar. Tərəflər münaqişənin həlli aspektlərinə baxışlarını əks etdirən sənədlər mübadiləsi aparıblar. Medinski bildirib ki, Rusiya Ukrayna tərəfinə iki hissədən ibarət memorandum təqdim edib. Onun sözlərinə görə, ikinci hissə atəşi dayandırmağın bir sıra yollarını nəzərdə tutur. O, həmçinin Moskvanın ölən Ukrayna hərbçisinin 6 min cəsədini birtərəfli qaydada təhvil verəcəyini bildirib.

Bundan əlavə, Rusiya Federasiyası və Ukrayna ağır xəstələr və gənc (25 yaşa qədər) məhbusları “hamısı hamı üçün” formatında - hər tərəfdən ən azı 1000 nəfərlə mübadilə etmək barədə razılığa gəliblər. Rusiya tərəfi konkret təkliflə çıxış edib ki, cəbhənin müəyyən hissələrində 2-3 gün ərzində atəşkəs dayandırılsın. Həmçinin, Medinskinin sözlərinə görə, Ukrayna tərəfi valideynləri ilə əlaqəni itirmiş 339 uşağın siyahısını Rusiya tərəfinə verib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
77
39
turkustan.az

10Mənbələr