“Rusiyaya düşmən olan ölkələrin mətbəxini təbliğ etmək düzgün deyil. Bu ölkələr heç də rus mətbəxinin restoranlarının inkişafına kömək etmir, bəli, praktiki olaraq həmin restoranlarda heç rus mətbəxi yoxdur”,- Malinkoviç iddia edib.
Onun sözlərinə görə, ilk növbədə italyan, fransız, Cənubi Koreya, yapon, ispan və alman yeməkləri olan restoranlar“gözdən salınmalıdır”.
- Məsələn, Fransa, Almaniya, İtaliya fəal şəkildə bizə qarşı çıxır. Yaponiya çoxdan bizim ərazilərimizi tutmaq istəyir. Ona görə də bu ölkələrin yeməklərinə 12 faiz əlavə vergi qoyulmalıdır. Qalanlarına gəlincə, 10 faizdən başlamaq olar”,- siyasətçi bildirib.
Bundan əlavə, Malinkoviç Azərbaycan və Türkiyə yeməkləri təqdim edən kafelərin vergiyə cəlb olunması ilə bağlı müzakirələrin aparılmasına çağırır.
Rusiyalı kommunistlərin rəhbəri Moskvaya “dost” ölkələrin mətbəxlərinə “toxunmamağı” tövsiyə edir:Çin mətbəxinə toxunmaq olmaz, bu bizim dostlarımızdır. Bundan əlavə, Latın Amerikası mətbəxi, Vyetnam, Belarusiya, Özbəkistan, Ərəb, Şimali Koreya mətbəxi restoranları.
Moskvanın qeyri-dost hesab etdiyi ölkələrin siyahısına hazırda 49 ölkə daxildir. Onların arasında, xüsusilə, Slovakiya və Macarıstan istisna olmaqla, Aİ ölkələri, həmçinin ABŞ, Yaponiya, Böyük Britaniya, Avstraliya, Ukrayna, İsveçrə və Monteneqro var.
Qeyd edək ki, Rusiya kommunsitləri son vaxtlar absurd təkliflər və bəyanatlarla gündəmi zəbt etməyə çalışırlar. Məsələn, bir müddət əvəvl onlar Qərbin sanksiyalarına cavab olaraq bütün əcnəbi idmançıları deportasiya etməyə çağırıblar.
Sahil İsgəndərov
AzVision.az