AZ

Avropa Liqası: “Sabah” üçün tamam, yoxsa davam?

Bu gün "Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Azərbaycan kubokunun sahibi Sloveniyada "Selye" ilə üz-üzə gələcək.

İlk matçda 2:3 hesabı ilə məğlub olan Bakı təmsilçi mərhələ adlamaq üçün mütləq qələbə qazanmalıdır. Əks halda, “Sabah” mübarizəni Konfrans Liqasında davam etdirəcək.

UEFA Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
17 iyul
22:00. "Selye" (Sloveniya) - "Sabah" (Azərbaycan)
Baş hakim:
Draqomir Draqanov (Bolqarıstan)
Selye. "Zdejele" stadionu
İlk oyun: 3:2

Qeyd edək ki, cütün qalibi Avropa Liqasının II təsnifat mərhələsində AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya) duelinin qalibi ilə üz-üzə gələcək. Məğlub komanda UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Petrokub" (Moldova) - "Birkirkara" (Malta) cütünün qalibinə rəqib olacaq.

İdman.biz

Seçilən
67
50
idman.biz

10Mənbələr