Binəqədi Rayon Rəsulzadə qəsəbəsi Zəngəzur küçəsində içməli su xəttində qəza baş verib.
Day.Az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilir ki, su şəbəkəsinin qəzalı hissəsinin yaşayış evinin altında yerləşməsi təmir-bərpa işlərinin vaxtında tamamlanmasına müəyyən çətinliklər yaradıb.
"Hazırda Binəqədi rayon Sukanal İdarəsinin qəza briqadası tərəfindən aparılan təmir işlər yekunlaşmaq üzrədir. İçməli suyun verilişi bu gün axşam saatlarından etibarən mərhələli şəkildə bərpa olunacaq", - qurumdan qeyd olunub.