AZ

Qurban Qurbanov Avstriya toplanışını dəyərləndirdi: “Razı qaldım”

“Yaxşı oyun oldu. Keyfiyyətli futbolçulardan qurulmuş, özünə xas oyun üslubu olan çox yaxşı bir komandaya qarşı oynadıq. Düzdür, komandamız optimal vəziyyətdə deyildi. Amma yaxşı hazırlıq keçdik”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zalsburq”la (1:2) yoxlama matçından sonra açıqlamasında deyib.

Təcrübəli mütəxəssis komandanın Avstriya hazırlığını da dəyərləndirib: “Toplanışda son oyunumuz idi. Futbolçular bu matça yüklənmiş halda çıxmışdılar. Həm son görüşdən, həm ümumi hazırlıqdan razı qaldım. Komandanın durumu normaldır. Optimal idman formasına düşmək üçün bir az vaxt lazımdır. Qarşıda oyundan-oyuna bunu hiss edəcəyik. Ümumilikdə bu gün hər futbolçunun daha yaxşı potensialı var. Bir neçə rəsmi oyundan sonra daha da idman formalarını yığacaqlar. Bundan sonra meydanda bir-birini daha yaxşı tamamlayacaqlar”.

Qeyd edək ki, “Qarabağ” növbəti həftə Çempionlar Liqasının II təsnifat mərhələsinə ilk matçına çıxacaq.

Seçilən
0
15
msport.az

10Mənbələr