AZ

"Sumqayıt"ın iki futbolçusunun taleyi qeyri-müəyyəndir

"Sumqayıt"ın iki futbolçusunun taleyi qeyri-müəyyəndir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunlar braziliyalı müdafiəçi Alan Dias və gürcüstanlı yarımmüdafiəçi Georgi Karaişvilidir.

Karaişvilinin "kimyaçılar"la müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulubsa, Diasın da anlaşmasının müddəti hələ 2 ildən sonra başa çatacaq. Klub bu futbolçularla ortaq məxrəcə gələ bilsə, hər ikisinin müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və onların əvəzinə yeni oyunçular transfer ediləcək.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqadakı mübarizəni 33 xalla 8-ci pillədə başa vurub. Komanda bir müddət öncə serb mütəxəssis Saşa İliçə tapşırılıb.

Nihat 

Seçilən
47
fanat.az

1Mənbələr