AZ

"Zirə" Türkiyədə növbəti yoxlama matçına çıxacaq

"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda qardaş ölkə təmsilçisi "Çorum"la üz-üzə gələcək.

Görüş Fanatik Tur Meydançalarında, Bakı vaxtı ilə saat 17.00-da start götürəcək.

Komanda daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə uduzub. Türkiyədə isə “Ankara Keçiörengücü”ndən (2:1) və İordaniyanın “Əl-Hüseyn” (1:0) komandasından üstün olub.

Qeyd edək ki, "Zirə" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la üz-üzə gələcək.

Komandalar arasında ilk matç iyulun 23-də, saat 19.30-da "Bakcell Arena"da, cavab görüşü isə 31-də, Bakı vaxtı ilə saat 23.00-da “Polyud Stadium”da start götürəcək.

Seçilən
9
12
football-plus.az

10Mənbələr