AZ

Balıq tutarkən çayda boğulan yeniyetmənin meyiti TAPILDI

Araz çayında bir nəfər batıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Araz çayının rayonun Göbəktala kəndindən keçən hissəsində baş verib.

Məlumata görə, yeniyetmə Süleyman Cahangirli balıq tutarkən çayda boğulub.

Onun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
81
50
bizim.media

10Mənbələr