Vaşinqton, 14 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Ukraynaya silah tədarükü ilə bağlı NATO ilə razılaşdığını açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Donald Tramp NATO Baş katibi Mark Rutte ilə Vaşinqtonda görüş çərçivəsində deyib: "Biz bu gün onlara silah göndərəcəyimizlə bağlı razılıq əldə etmişik və onlar bunun üçün pul ödəyəcəklər. Biz istehsal edəcəyik və bunun üçün pul ödəyəcəklər”.
NATO-nun baş katibi Mark Rutte bu razılaşmanı “böyük" adlandırıb. “Bu avropalıların güclənməsi deməkdir.Bu, birinci dalğadır və daha çox olacaq. Avropa ölkələri bunun bir hissəsi olmaq istəyir".
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton