Müğənni Qumral “TikTok” platformasında onun barəsində yayılan boşanma xəbərlərinə sosial media hesabında cavab verib.
Yenisabah.az xəbər verir ki, ifaçı "Instagram" səhifəsinin hekayə bölməsində paylaşım edərək yazılan şərhləri sadəcə gülərək oxuduğunu bildirib. O, xüsusilə “Anasının qızıdır” şərhinə belə reaksiya verib:
“Bəli, anamın qızıyam. Anam kimi hər işində lider olan xanımam!” Pepperoni pizza
Müğənni “Kişi bunu atdı” kimi sərt ifadələrə cavab olaraq isə belə cavab verib:
“Necə sevinirsiniz. Niyə atmalıdır? Şortik geyinirəm deyə? Əcəb edirəm. Yaraşır, geyinirəm. Ərim üçün geyinirəm də!”.
Qumralın bu açıqlamaları sosial mediada geniş marağa səbəb olub.
Aydan Hacı
Telegram kanalımız