"Bu məqsədlə Rusiyanın mərkəzinə doğru yeni uzaqmənzilli zərbələr hazırlanır. Moskvanın Ukraynaya qarşı hər hücumuna ardıcıl, sərt cavab veriləcək", - o bildirib.
Zelenski həmçinin vurğlayıb ki, hazırda ölkənin müdafiəsi üçün lazımi silahların təqribən 40%-i yerli istehsaldır:
"Məqsədimiz bu rəqəmi artırmaq, dövlətimizin müdafiə müstəqilliyini gücləndirməkdir".

Digər tərəfdən, Vaşinqtonla Moskva arasında Ukrayna üzrə sülh danışıqlarının iflasa uğraması, Trampın Putinə qarşı "etimadını itirməsi" fonunda Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın raket və dron hücumlarının qarşısını almaq üçün ABŞ-dən daha çox müdafiə imkanları istəyib. ABŞ Prezidenti Donald Tramp bu istəyə cavabənUkraynaya "Patriot" yer-hava raketlərinin göndəriləcəyinivurğulayıb. Belə görünür ki, o artıq danışıqların nəticə vermədiyini başa düşərək, Ukraynanın həm müdafiə, həm də hücum sistemini gücləndirmək niyyətindədir.
![]() |
Axios:"Tramp gözlənilməz planını açıqlayacaq" |
"Bu raketlər Ukraynanın müdafiəsi naminə zəruridir, çünki Rusiya Prezidenti Vladimir Putin gözəl danışsa da, hamını bombalayır. Xərci isə Avropa İttifaqı ödəyəcək",- o, "Endryus" Hərbi Bazasında jurnalistlərə danışarkən deyib.
Firudin Həmidli
AzVision.az