Ajasn.az xəbər verir ki, bu barədə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən məlumat verilib.  Qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb. Xəsarət alan yoxdur. Hazırda yanğın ərazisinin bütün perimetri boyu yanğınla mübarizə tədbirləri davam etdirilir. Teleqraf xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində alovun qarşısı alınıb, hadisə baş verən ərazidə təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi üzrə polis orqanları tərəfindən tədbirlər görülüb. Yanğının başvermə səbəbi hələlik bəlli deyil.