
Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın baş verib.
Reyting.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının yayılmasının qarşısını alıb.
Hazırda yanğın ərazisinin bütün perimetri boyu yanğınla mübarizə tədbirləri davam etdirilir.
