AZ

“Taxta bazarın”dakı yanğın söndürülüb I VİDEO + YENİLƏNİB

Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib. Hadisə baş verən yerdə təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi üzrə polis orqanları tərəfindən tədbirlər görülüb. Eyni zamanda yanğın baş verən əraziyə təcili tibbi yardım avtomobilləri də cəlb edilib.



03:27

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən AzVision.az -a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğın ərazisinin bütün perimetri boyu yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.



AzVision.az

Seçilən
45
10
azvision.az

10Mənbələr