Bakı. Trend:
"Napoli" "Bolonya"nın mərkəz müdafiəçisi Səm Bekemeni transferedəcək.
Trend xəbər verir ki, bubarədə insayder Fabrizio Romano məlumat yayıb. Mənbəyə görə, Neapolklubu 26 yaşlı niderlandlı futbolçu üçün 31 milyon avro + bonuslarödəyəcək.
Qeyd edək ki, Bekeme 2023-cü ilin yayından etibarən "Bolonya"daçıxış edir. O, klubun heyətində 80 oyun keçirib, 2 qol vurub və 3assist edib.