İsmayıllıda itkin düşən 40 yaşlı qadının yeri məlum olub.
APA xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb:
“İsmayıllıda may ayında itkin düşən qadının yeri polis əməkdaşları tərəfindən yeri müəyyən olundu”.
***
12 iyul
saat 15: 39
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb.
DİN-dən APA-ya verilən məlumata görə, İsmayıllı rayon sakini, 1985-ci il təvəllüdlü Elnarə Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.
Elnarə Kərimovanın harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.