AZ

Azərbaycanla Suraiya arasında münasibətlərdə yeni istiqamət Azərbaycan qazının Suriya bazarına çıxarılmasıdır - ŞƏRH

Azərbaycan Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi Yaxın Şərq regionunda da fəallığı ilə seçilir. Bunu Azərbaycan-Suriya əlaqələrində görmək mümkündür. Bu mənada iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır. Yeri gəlmişkən qeyd edək ki, uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluq yaranmışdı. Ancaq Suriya müxalifətinin 2024-cü il noyabrın 27-dən başlanan və dekabrın 8-də Əsəd rejiminin devrilməsi ilə sona çatan hücumu, keçid hökumətinin yaradılması Dəməşq–Bakı əlaqələrində də yeni səhifənin açılmasına səbəb olmuşdur.

Qeyd edək ki, Azərbaycan Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılmasında və danışıqlar prosesində sakit diplomatiya prinsipindən çıxış edərək görüşlərin təşkil olunmasına öz töhfəsini vermişdir.  Həmçinin Türkiyə ilə İsrail arasında və Suriya mövzusunda gərginliyin aradan qaldırılmasında qaynar xətt mexanizmi yaradılmasına önəmli rol oynamışdır.

Azərbaycanla Suraiya arasında yeni istiqamət Azərbaycan qazının Suriya bazarına çıxarılmasıdır.  Azərbaycan təkcə Avropa bazarına deyil, Yaxın Şərq ölkələrinə də öz qazını ixrac edir.  Suriya prezidentinin bu səfəri zamanı bu məsələ də müzakirə olunan mövzular sırasında olub. Belə ki, sözügedən görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb. Məlumat üçün bildirək ki, artıq Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri bərpa edilib. Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, onun bırpaaı mümkündür. Bu da Azərbaycan qazınln Suriyadan keçməklə Misirə qədər çatdırılması perspektivini vəd edir. 

Qeyd edək ki, iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Suriya neft və qaz ehtiyatları ilə zəngin olan ölkədir və bu baxımdan Bakı və Dəməşq arasında imzalanan anlaşma memorandumu olduqca strateji əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşmüşdür. Dövlətimizin başçısı görüş zamanı demişdir ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib. Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu da bildirmişdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
19
50
ikisahil.az

10Mənbələr