AZ

Millimiz Dünya Seriyasında 1/4 finala vəsiqəQAZANDI

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.

Redaktor.az xəbər verir ki, komanda C qrupunun sonuncu matçında Ukrayna yığmasını məğlub edib - 21:20.

Azərbaycan seçməsi qrup lideri kimi vəsiqə qazandığı 1/4 finalda Çin komandası ilə qarşılaşacaq.

Görüş sabah Bakı vaxtı ilə saat 18:50-də start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin C qrupunda bu gün keçirdiyi ilk oyunda Sinqapuru da yenib - 22:10. Ötən gün isə A qrupunda Yaponiyanın "Tsukuba" (21:10) və İsveçrənin "Lozanna" (21:11) komandalarını üstələyib.

Seçilən
5
15
redaktor.az

10Mənbələr