Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində 1/4 finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, komanda C qrupunun sonuncu matçında Ukrayna yıömasını məğlub edib - 21:20.
Azərbaycan millisi qrup lideri kimi 1/4 finala yüksəlib. Seçməmiz bu mərhələdə Çin komandası ilə qarşılaşacaq.
Görüş sabah Bakı vaxtı ilə saat 18:50-də start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin C qrupunda bu gün keçirdiyi ilk oyunda Sinqapuru da yenib - 22:10. Ötən gün isə A qrupunda Yaponiyanın "Tsukuba" (21:10) və İsveçrənin "Lozanna" (21:11) komandalarını üstələyib.
“Kəpəz” müdafiəçisi ilə müqavilə yeniləyib
“Turan Tovuz” – “Traktor” oyununun tarixi bəlli olub
I Liqa təmsilçisi heyətini yeni futbolçu ilə gücləndirib
Fil Dişi Sahili millisinin üzvü “Qəbələ”də - RƏSMİ
“Atletiko”nun sabiq futbolçusu “Turan Tovuz”da - RƏSMİ