Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində növbəti qələbəsini qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, komanda C qrupunda Sinqapuru məğlub edib - 21:15.
Yığma bu gün ikinci matçını qrupdakı Ukraynaya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin A qrupunda ötən gün Yaponiyanın "Tsukuba" (21:10) və İsveçrənin "Lozanna" (21:11) komandalarını da üstələyib.