AZ

Azərbaycan son 40 gündə beynəlxalq təşkilatlarda namizəd olduğu altı seçkinin hamısında qələbə qazanıb

Son 40 gün ərzində beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş və Azərbaycan Respublikası və onun vətəndaşlarının namizəd olduğu 6 seçkidən hamısında qələbə qazanılması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasına artan etimadın bariz göstəricisidir.

 

Bu haqda Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumatda sözügedən 6 seçki siyahısı aşağıdakı kimidir:

 

✅BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurası (2025-2029-cu illər üzrə)

 

✅BMT Turizmin İcraiyyə Şurası (2025-2029-cu illər üzrə)

 

 

✅UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitə (2025-2029-cu illər üzrə)

 

✅BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyü (2026-2029-cu illər üzrə)

 

✅BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrlik

 

✅Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi

Tarix: 12 İyul 2025, 03:08   
Seçilən
13
28
pravda.az

10Mənbələr